Almaniya YENİ HÜCUM TÜFƏNGİ ilə silahlanır: G95A1 xidmətdə!

Almaniya YENİ HÜCUM TÜFƏNGİ ilə silahlanır: G95A1 xidmətdə!
12.03.2026 18:48 Hərbi

Almaniya Silahlı Qüvvələri (“Bundesver”) uzun illər davam edən G36 tüfənginin əvəzlənməsi prosesini başa çatdıraraq, yeni standart hücum tüfəngi sisteminə keçid edir. 


“Heckler & Koch” şirkətinin istehsalı olan HK416 A8 modelinə əsaslanan G95A1 və qısa versiyası G95KA1 artıq qoşunlara paylanmaya başlayıb.

2025-ci ilin dekabr ayında “Grafenwöhr” təlim poliqonunda keçirilən rəsmi mərasimdə “Bundesver”in əsgərlərinə ilk partiya tüfənglər təhvil verilib. Bu, “Bundesver”in G36-dan sonra 30 ildən artıq müddətdə ilk dəfə yeni standart silah qəbul etməsi deməkdir.  


Silahın rəsmi istehsalçı şirkəti “Heckler & Koch”un açıqlamasına görə, silah HK416 A8 platformasına əsaslanır və ordu üçün xüsusi olaraq G95A1 və G95KA1 adlandırılıb. 

İlk sifariş çərçivəsində 13 929 ədəd G95A1 və 3 104 ədəd G95KA1 modeli alınacaq. 


Uzunmüddətli planda isə 250 minə qədər tüfəngin alınması nəzərdə tutulur.

G95A1-in əsas üstünlükləri:

- Qısa vuruşlu qaz piston sistemi (etibarlılıq və təmizlik baxımından M4-dən üstün)

- Metal konstruksiya (G36-da plastik korpusun istilik və dəqiqlik problemlərini həll edir)

- Modulyar rels sistemi (HKey və ya M-LOK), ambidextrous (həm sağ, həm də sol əllə istifadə oluna bilməsi) idarəetmə 

- Tənzimlənən qundaq və yanaq dayağı 

- 5.56×45 mm NATO patronu, effektiv məsafə 450–600 metr


Maraqlıdır ki, 2017-ci ildə başlayan tender prosesi məhkəmə çəkişmələri və rəqib şirkətlə (“Haenel”) mübahisələr səbəbindən ləngiyib. 2021-ci ildə HK416 A8 qalib gəlib. 2023-cü ildə müqavilə bağlanıb, 2025-ci ildə isə ilk seriya tədarüklərə başlanılıb.


“Bundesver” rəsmiləri yeni silahın dəqiqlik, etibarlılıq və modulyarlıq baxımından "yeni standart" təşkil etdiyini vurğulayırlar. Tüfənglər müxtəlif iqlim zonalarında (Arktika, səhra, tropik) sınaqdan keçirilib və "over-the-beach" qabiliyyətinə malikdir – sudan çıxandan dərhal sonra atəş aça bilir.

   

Almaniya ilə yanaşı, HK416 platforması Fransa (HK416F), Norveç, ABŞ Dəniz Piyadaları (M27) və bir çox NATO ölkəsinin xüsusi qüvvələrində istifadə olunur.


G95A1-in tam inteqrasiyası 2031-ci ilə qədər planlaşdırılır. Bu, “Bundesver”in modernləşmə proqramının əsas addımlarından biridir və Almaniya ordusunun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırmaq məqsədi daşıyır.  

Nicat Osmanlı

NEWS FEED
31 MAY 2026
Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 All News