Baş Prokurorluqda kollegiya iclası keçirildi

Baş Prokurorluqda kollegiya iclası keçirildi
23.04.2026 17:29 Hadisə

Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluqda cari ildə görülən işlərə və qarşıda duran aktual məsələlərə həsr olunan geniş kollegiya iclası keçirilib.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluqdan məlumat verilib.

İclası giriş nitqi ilə açan Baş prokuror bildirib ki, dünyada və regionda müşahidə olunan mürəkkəb geosiyasi vəziyyət fonunda Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə ölkədə ictimai-siyasi sabitliyin qorunması, hüquqi islahatların davam etdirilməsi, iqtisadi inkişafın dayanıqlığının təmin olunması və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasətin uğurla davam etdirilməsi nəticəsində ölkədə sabitlik təmin edilməklə Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb. Eyni zamanda, prokurorluq orqanlarının aidiyyəti dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları ilə birgə fəaliyyəti nəticəsində qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Eyni zamanda "Şəhərsalma və Memarlıq İli" elan edilmiş 2026-cı ildə Azərbaycanda şəhərsalma və infrastrukturun inkişafı istiqamətində müasir şəhərsalma prinsiplərinin tətbiqi, dayanıqlı və təhlükəsiz yaşayış mühitinin formalaşdırılması, eləcə də işğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının geniş tətbiqinin bu sahədə həyata keçirilən siyasətin əsas qayəsini təşkil etməsi vurğulanaraq, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin və bunun məntiqi davamı olaraq soydaşların öz doğma yurd-yuvalarına intensiv formada köçünün təmin edilməsinin cari ildə də planlı şəkildə həyata keçirilməsi müsbət hal qismində qeyd edilib.

İclasda, həmçinin, bu müddət ərzində prokurorluq orqanlarında görülmüş işlər, əldə edilmiş nailiyyətlərdən bəhs edilərək xidməti fəaliyyətin təkmilləşdirilməsi, keyfiyyətinin daha da artırılması istiqamətində qarşıda duran əsas prioritetləri, o cümlədən Cinayət və Cinayət-Prosessual Məcəllələrində cinayət mühakimə icraatının elektron qaydada aparılması, elektron formada sübutlarla, onların toplanması, mühafizəsi və digər məsələlərlə bağlı edilmiş dəyişikliklərlə əlaqədar prosessual fəaliyyətdə tətbiqi zəruri əhəmiyyət kəsb edən təşkilati və hüquqi məsələlər diqqətə çatdırılıb.

Daha sonra Geniş Kollegiya iclasının gündəliyinə uyğun olaraq bir sıra aktual məsələlər müzakirə olunub.

İclasda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünün təşkili ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə Baş prokurorun müavini Heydər Məmmədov məruzə ilə çıxış edərək cari ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan bu mötəbər tədbirin Azərbaycanın beynəlxalq hüquq-mühafizə əməkdaşlığında fəal iştirakının və korrupsiyaya qarşı mübarizə sahəsində təşəbbüskar mövqeyinin göstəricisi olduğunu, həmçinin görüş çərçivəsində iştirakçı dövlətlər arasında təcrübə mübadiləsinin genişləndirilməsi, institusional əməkdaşlığın gücləndirilməsi və birgə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi baxımından mühüm nəticələrin əldə ediləcəyini vurğulayıb.

İclasa yekun vuran Baş prokuror cari ildə prokurorluq orqanlarının qarşısında duran kifayət qədər məsuliyyətli məsələlərin həlli istiqamətində hər bir prokurorluq əməkdaşının öz bilik və təcrübəsini səfərbər edəcəyinə, prosessual fəaliyyətin yeni mərhələyə keçidinin təşkili və icrası ilə bağlı qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə və bundan sonra da hər zaman olduğu kimi qanunun aliliyinin təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi və dövlət maraqlarının qorunması istiqamətində fəaliyyətlərini ən yüksək tələblər səviyyəsində quracaqlarına əminliyini ifadə edib.

TodayPress TV

FOTOLAR

Baş Prokurorluqda kollegiya iclası keçirildi — 1
Baş Prokurorluqda kollegiya iclası keçirildi — 2
XƏBƏR LENTİ
01 IYUN 2026
Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Bütün Xəbərlər