Azərbaycan "Qlobal bloklanma"da yeganə "NƏFƏSLİK" kimi...

Azərbaycan "Qlobal bloklanma"da yeganə "NƏFƏSLİK" kimi...
06.03.2026 13:13 Gündəm

Qlobal miqyasda artan gərginlik, regional münaqişələr və təhlükəsizlik riskləri beynəlxalq nəqliyyat və kommunikasiya xətlərinin əhəmiyyətini daha da artırır. 

Xüsusilə Rusiya və İran istiqamətlərində yaranan risklər fonunda regionda sabit və etibarlı keçid marşrutlarının sayı xeyli azalıb. 


Belə bir şəraitdə Azərbaycan strateji coğrafi mövqeyi və nəqliyyat dəhlizləri ilə Şərq və Qərb, eləcə də Şimal və Cənub arasında mühüm kommunikasiya qovşağı kimi ön plana çıxır. 

Ekspertlər hesab edir ki, mövcud qlobal vəziyyətdə Azərbaycan region üçün faktiki olaraq əsas “nəfəslik” rolunu oynayır.

Siyasi şərhçi Əziz Əlibəyli bu barədə TodayPress TV-yə danışıb. 


O bildirib ki, şimal istiqamətində – Rusiyanın, cənub istiqamətində isə İranın hava məkanında ciddi təhlükəsizlik riskləri mövcuddur:    

"Bu şəraitdə faktiki olaraq regionda fəaliyyət göstərən yeganə sabit marşrut Qafqaz dəhlizidir. Bu baxımdan Azərbaycanın rolu aydındır. Hətta dünən baş verən dron zərbələri də regionun nə qədər həssas və strateji əhəmiyyətə malik olduğunu daha aydın şəkildə göstərdi". 

Analitik vurğulayıb ki, şərqlə qərb, şimalla cənub arasında Azərbaycanın vasitəçi rolu mühümdür: 


"Ölkənin mühüm nəqliyyat dəhlizlərinə və kommunikasiya xətlərinə sahib olması indi daha yaxşı başa düşülür. Eyni zamanda müharibələrin taleyi onların başlanğıcında heç vaxt tam məlum olmur və bu barədə dəqiq proqnoz vermək çətindir. Biz bunu Rusiyanın timsalında da gördük". 

Ə.Əlibəyli diqqətə çatdırıb ki, Azərbaycan regionda əsas sabit keçid qovşağıdır: 

"Ən pessimist ssenari ilə belə düşünsək ki, bu müharibə qısa müddətdə başa çatmayacaq və uzun müddət davam edə bilər, bu halda regionda Azərbaycanın oynayacağı rol da aydın görünür. Azərbaycan şərq və qərb arasında yerləşən ən mühüm, sabit və etibarlı kommunikasiya qovşaqlarından biri kimi çıxış edir".  

Beləliklə, mövcud geosiyasi şəraitdə Azərbaycan təkcə region üçün deyil, qlobal kommunikasiya və logistika sisteminin davamlılığı baxımından da mühüm rol oynayan əsas keçid qovşaqlarından biri kimi dəyərləndirilir.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
02 JUNE 2026
Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 All News