Ağdaban Faciəsində DƏHŞƏTLİ FAKTLAR: Aşıq Şəmşirin əlyazmaları niyə yandırıldı?

Ağdaban Faciəsində DƏHŞƏTLİ FAKTLAR: Aşıq Şəmşirin əlyazmaları niyə yandırıldı?
08.04.2026 16:44 Gündəm

"Ağdaban qətliamı Azərbaycan xalqının XX əsrdə üzləşdiyi soyqırımı hadisələri arasında özünəməxsus yeri olan faciədir. Çünki bu qətliamı xüsusi edən cəhət ondan ibarətdir ki, erməni işğalçıları burada təkcə mülki əhaliyə qarşı deyil, ümumilikdə xalqımıza qarşı müxtəlif müstəvilərdə soyqırımı siyasəti həyata keçirmişlər".

Bunu Milli Məclisin deputatı Azər Allahverənov faciə ilə bağlı  TodayPress TV-yə açıqlamasında deyib. 


"İlk növbədə, 32 nəfər mülki sakinin – uşaq, qadın, qoca fərq qoyulmadan – amansızcasına qətlə yetirilməsi bu hadisənin soyqırımı xarakterini açıq şəkildə nümayiş etdirir. Bununla yanaşı, 130-dan çox ev dağıdılmış, yandırılmış və məhv edilmişdir. Bu, sadəcə bir qətliam deyil, eyni zamanda bir yaşayış məskəninin – kəndin – yer üzündən silinməsinə yönəlmiş sistemli cinayət aktıdır",-deputat bildirib. 

O, həmçinin, diqqətə çatdırıb ki, Ağdaban faciəsi zamanı xalqımıza məxsus mədəni irs də məqsədyönlü şəkildə məhv edilmişdir. Aşıq sənətinin müxtəlif dövrlərini əks etdirən əlyazmalar, o cümlədən Aşıq Şəmşirin və digər aşıqlara aid dəyərli sənədlər yandırılmışdır. Bu isə artıq mədəni soyqırımı – kulturosid aktıdır.

Parlamentari qeyd edib ki, Ağdaban hadisəsi bir faciə çərçivəsində eyni vaxtda xalqın fiziki soyqırımı, yaşayış məskənlərinin məhv edilməsi və mədəni irsin məhv edilməsini özündə birləşdirən kompleks cinayət idi: 

"Bu, erməni işğalçılarının Azərbaycana qarşı yürütdüyü işğal siyasətinin və onun arxasında dayanan faşist-ideoloji niyyətlərin təzahürüdür". 

Azər Allahverənov xatırladıb ki, Ağdaban qətliamı Xocalı soyqırımından sonra baş vermişdir: 

"Xocalı ilə bağlı erməni separatçılarının liderlərinin açıqlamalarından da məlum olur ki, bu cür qətliamların əsas məqsədi Azərbaycan əhalisini qorxutmaq, ərazilərdən didərgin salmaq və torpaqlarımızı boşaltmaq idi. 1905–1907, 1918-ci illər və sonrakı dövrlərdə də eyni ideologiya əsasında Azərbaycanlılara qarşı soyqırımları törədilmişdir.

Lakin sonrakı mərhələdə gördüyümüz kimi, mülki əhaliyə qarşı belə amansız siyasət yürüdən erməni qəsbkarları Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında aciz qalmış, döyüş meydanından silahlarını atıb qaçmağa məcbur olmuşlar. Bu da bir daha göstərir ki, biz xislətcə qorxaq və vəhşi bir düşmənlə üz-üzə idik". 

Deputat nəzərə çatdırıb ki, Ağdaban faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət kimi qiymətləndirilməlidir:


 "Bu tarix unudulmamalı, daim dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Təəssüf ki, beynəlxalq təşkilatlar uzun müddət ikili standartlar nümayiş etdirmiş, bu soyqırımlarına tolerant yanaşmış və cinayətkarları cəzalandırmamışlar.

Lakin Azərbaycan həqiqətləri dünyaya çatdırmaqda uğurlu olub. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 23 saatlıq antiterror tədbirləri nəticəsində ölkəmiz öz suveren ərazilərində konstitusiya quruluşunu bərpa etdi. Bu gün aşkarlanan kütləvi məzarlar, yandırılmış insan qalıqları və digər dəhşətli faktlar erməni faşizminin əsl simasını daha da aydınlaşdırır". 

Parlamentari sonda əlavə edib ki, artıq Ermənistanın özündə də, o cümlədən Baş nazir Nikol Paşinyan səviyyəsində bu cinayətlərə mənfi münasibət bildirilir. İki ölkə arasında sülh prosesi davam edir və gələcəkdə sülh müqaviləsinin imzalanacağına ümid edirik. Azərbaycanın yaratdığı yeni siyasi reallıq Ermənistanda da irqçi və işğalçı ideologiyanın tamamilə dağılmasına və qonşularla normal, sülhsevər münasibətlərin qurulmasına zəmin yaradacaq.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
31 MAY 2026
HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 All News