Şagirdlər peşə, yoxsa universitet seçməlidir? - AÇIQLAMA

Şagirdlər peşə, yoxsa universitet seçməlidir? - AÇIQLAMA
07.04.2026 17:46 Elm və Təhsil

Son illərdə ölkədə peşə təhsili sahəsində diqqətçəkən inkişaf müşahidə olunur. Müasir ixtisasların açılması, yeni emalatxanaların yaradılması və tələbələrə praktiki bacarıqların aşılanması bu sahəyə marağı xeyli artırıb. Artıq bir çox şagird yalnız universitet deyil, peşə təhsili istiqamətini də ciddi alternativ kimi nəzərdən keçirir.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, bu məsələni emosional deyil, rasional yanaşma ilə qiymətləndirmək lazımdır:


"Bu gün əmək bazarının tələbləri dəyişib. Artıq yalnız diplom kifayət etmir. Bacarıq, peşəkarlıq və praktiki təcrübə daha ön plana çıxır. Peşə təhsili də məhz bu boşluğu doldurur".

Onun sözlərinə görə, seçim edərkən ilk növbədə şagird öz maraq və qabiliyyətlərini düzgün analiz etməlidir:

"Əgər şagird konkret bir sahədə tez bir zamanda peşə yiyəsi olmaq, işləmək və gəlir əldə etmək istəyirsə, peşə təhsili daha uyğun seçimdir. Amma elmi fəaliyyət, akademik inkişaf və müəyyən ixtisaslar üzrə dərin bilik tələb olunursa, universitet təhsili vacibdir".

Ekspert əlavə edib ki, bu iki istiqaməti bir-birinə qarşı qoymaq düzgün deyil. O qeyd edib ki, peşə təhsili universitetə alternativ deyil, tamamlayıcıdır. Ən düzgün yanaşma fərdi potensiala uyğun qərar verməkdir.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 All News