Rezidenturaya ərizə qəbulu başladı

Rezidenturaya ərizə qəbulu başladı
13.04.2026 15:39 Elm və Təhsil

Bu gündən 2026/2027-ci tədris ili üçün rezidenturaya ərizə qəbulu başlayıb.

Bu barədə TodayPress TV-yə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, namizəd "Şəxsi kabinet"inin istifadəçi adı və parolundan istifadə etməklə 2026-cı il 13 apreldən 20 aprel saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/2) daxil olub "Namizədin elektron ərizəsi" formasını doldurur və təsdiq edir (etdirir).

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının I cəhdinin mayın 3‑də keçirilməsi planlaşdırılır.

Ötən illərdə rezidenturaya qəbulun I mərhələsində (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında) "məqbul" nəticə əldə etmiş namizədlər də rezidenturaya qəbulun II mərhələsində (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında) iştirak etmək üçün "Namizədin elektron ərizəsi" formasını doldurur, müvafiq bənddə qeydiyyat aparmaqla ərizəni təsdiq edir (etdirir). İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmış namizədlər tələb olunan məbləği (100 AZN) "Şəxsi kabinet"lərinin hesabına əlavə edib Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə (22-30 iyul 2026-cı il tarixinə planlaşdırılır) qeydiyyatdan keçməlidirlər.

İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" alan (40 və daha çox olan bal toplayan) namizədlər buraxılırlar.

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 All News