Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilir

Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilir
15.03.2026 15:35 Elm və Təhsil

Martın 15-də Dövlət İmtahan Mərkəzi dövlət qulluğu vəzifələrinin A və B növünə aid vəzifə qrupları üzrə test imtahanı keçirir.

Bu barədə TodayPress TV-yə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

İmtahan saat 10:00 və 16:00 olmaqla iki növbədə kompüterlər vasitəsilə 3 saat müddətində aparılır. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin DİM-in saytına da yerləşdiriləcək.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikatı əldə etmək üçün martın 16-dan aprelin 7-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

ali təhsil haqqında sənədin surəti;

əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 16, 17 və 18 mart tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299.

TodayPress TV

NEWS FEED
02 JUNE 2026
DİQQƏT! Qabiliyyət imtahanlarına qeydiyyat başa çatır 09:58 Qatarın qarşısına qəflətən çıxan gənc öldü 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Ukraynanı yenidən vurdu: Ölənlər və yaralananlar var - VİDEO 09:09 Sanksiya siqnalı verildi: ABŞ Omanı niyə hədəf aldı? 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 All News