Doktorantura sistemi dəyişir? - AÇIQLAMA

Doktorantura sistemi dəyişir? - AÇIQLAMA
26.01.2026 17:39 Elm və Təhsil

Milli Məclisdə “Təhsil haqqında” Qanunun yenidən hazırlanması çərçivəsində doktorantura təhsili ilə bağlı mühüm təklif irəli sürülüb. Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov mövcud ikipilləli müdafiə sisteminin tədricən ləğv edilərək vahid doktorluq dərəcəsi modelinə keçidi təklif edib.

Məsələ ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, bu yanaşma beynəlxalq ali təhsil və doktorantura modellərinə tam uyğundur və uzun illərdir mövcud olan problemlərin aradan qaldırılmasına imkan verə bilər.


Onun sözlərinə görə, hazırda Azərbaycanda tətbiq olunan ikipilləli doktorantura sistemi Sovet dövründən miras qalıb və bu model xüsusilə gənc tədqiqatçılar üçün ciddi vaxt itkisinə səbəb olur:

"Əvvəl fəlsəfə doktoru, daha sonra elmlər doktoru mərhələsindən keçmək elmi karyeranın uzanmasına, gənclərin uzun illər müdafiə prosesində qalmasına gətirib çıxarır. Birmərhələli doktorantura sistemi bu problemi aradan qaldıra bilər. Vahid doktorluq dərəcəsi həm vaxt itkisinin qarşısını alacaq, həm də gənc kadrların elmi fəaliyyətə daha erkən və effektiv şəkildə qoşulmasına şərait yaradacaq. Bu model çərçivəsində elmi məqalələrin yazılması, tədqiqat işlərinin hazırlanması və müdafiə prosesi daha çevik və məqsədyönlü olacaq".

Ekspert vurğulayıb ki, təkpilləli doktorantura sistemi eyni zamanda beynəlxalq standartlarla uyğunlaşmanı da asanlaşdıracaq. Bu yanaşma Azərbaycan elminin beynəlxalq doktorantura proqramları, elmi layihələr və nüfuzlu jurnallarla inteqrasiyasına müsbət təsir göstərəcək:

"İkipilləli sistemin əsas mənfi cəhətlərindən biri uzun müddətli proses nəticəsində kadrların yorulması, yaş həddinin yüksəlməsi və elmi fəaliyyətə marağın azalmasıdır. Yeni model isə bu riskləri minimuma endirir və xüsusilə beynəlxalq elmi əməkdaşlıq baxımından daha geniş imkanlar açır".

Ramin Nurəliyev qeyd edib ki, Azərbaycan təhsil sistemi artıq Sovet tədris modelindən uzaqlaşmalı və Avropa-beynəlxalq ali təhsil sisteminə inteqrasiya üçün ən optimal variant olan birmərhələli doktorantura modelini qəbul etməlidir. 

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 All News