Tramp indi də onu hədəfə aldı - “Bu dəli...”

Tramp indi də onu hədəfə aldı - “Bu dəli...”
07.05.2026 22:24 Dünya

ABŞ Prezidenti Donald Tramp Nümayəndələr Palatasında demokratların lideri Hakim Ceffrisi zorakılığa təşviq etməkdə ittiham edib.

TodayPress TV xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Prezident qeyd edib ki, demokrat liderin ritorikası ona qarşı sui-qəsd cəhdinə rəvac verib:

“Bu dəli, “aşağı IQ-lü” Hakim Ceffris zorakılığa təhrikdə ittiham olunmalıdır!”.

Tramp, həmçinin sol düşüncəli radikalları ABŞ-ni məhv etmək istəyində günahlandıraraq, Ceffrisin çıxışlarının hücumda rol oynaya biləcəyini vurğulayıb.

Dövlət başçısı öz paylaşımına Ceffrisin və Ağ Evdəki tədbirdə atəş açan müəllim Koul Tomas Allenin fotosunu da əlavə edib.

Xatırladaq ki, insident aprelin 25-də Vaşinqtonda, Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulu zamanı baş verib. Belə ki, silahlı şəxs içəri daxil olmağa çalışaraq atəş açıb və nəticədə Məxfi Xidmətin bir əməkdaşı yaralanıb. Hücum edən şəxs hadisə yerində saxlanılıb, prezident isə xəsarət almayıb.

Qeyd edək ki, Donald Tramp bundan əvvəl də Ceffrisi “bandit” və ABŞ üçün təhdid adlandırmışdı.


TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 All News