SEPAH-dan Ağ Evə hədə: "Təkrar hücum olsa..."

SEPAH-dan Ağ Evə hədə: "Təkrar hücum olsa..."
28.05.2026 12:45 Dünya

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun Bəndər-Abbas hava limanı yaxınlığındakı obyektə hücumundan sonra ABŞ hərbi bazasına zərbə endirildiyini bəyan edib.

TodayPress TV xəbər verir ki, SEPAH-ın açıqlamasına görə, ABŞ-nin hücum üçün istifadə etdiyi aviabaza yerli vaxtla saat 04:50-də vurulub.

Bəyanatda bildirilib ki, bu cavab “düşmənə ciddi xəbərdarlıq” xarakteri daşıyır və İrana qarşı istənilən hücum cavabsız qalmayacaq.

“Təkrar hücum daha qətiyyətli cavabla qarşılanacaq. Nəticələrə görə məsuliyyət hücum edənin üzərinə düşür”, – deyə açıqlamada vurğulanıb.

SEPAH, həmçinin bildirib ki, səhər saat 03:35-də dörd gəmi İran təhlükəsizlik qüvvələri ilə koordinasiya aparmadan Hörmüz boğazından keçərək Fars körfəzinə daxil olmağa cəhd edib.

İran tərəfinin məlumatına görə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq gəmilər geri çəkilmədiyi üçün xəbərdarlıq atəşləri açılıb və nəticədə onlar geri dönməyə məcbur olublar.

Qiymət Mahir

NEWS FEED
02 JUNE 2026
Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 All News