NYT: Hindistan Rusiya neftini almağa davam edir

NYT: Hindistan Rusiya neftini almağa davam edir
02.08.2025 17:30 Dünya

ABŞ prezidenti Donald Tramp Hindistanın Rusiya ilə ticarətinə görə əlavə sanksiyalarla üzləşə biləcəyini bəyan edib, lakin sonradan bu məsələ ilə maraqlanmadığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Nəşrə görə, ötən ay Tramp "Truth Social" platformasında Hindistanı Rusiya silahı və nefti aldığı üçün sanksiya ilə təhdid edib. Lakin daha sonra jurnalistlərə açıqlamasında bildirib ki, Hindistanın Rusiya ilə nə etdiyi onun üçün önəmli deyil.

Tramp iyulun 14-də bəyan etmişdi ki, əgər Rusiya Ukrayna ilə böyük sülh razılaşması imzalamasa, rus nefti alan ölkələrə qarşı 100 faiz gömrük rüsumları tətbiq ediləcək.

Qəzet yazır ki, Tramp cümə günü Hindistanın artıq Rusiya nefti almadığını “eşitdiyini” desə də, iki yüksək rütbəli hindistanlı rəsmi NYT-yə bildirib ki, ölkənin siyasətində heç bir dəyişiklik yoxdur. Onlardan biri qeyd edib ki, hökumət dövlət neft şirkətlərinə Rusiya neftinin idxalını azaltmaqla bağlı heç bir göstəriş verməyib.

Qiymət Mahir

XƏBƏR LENTİ
02 IYUN 2026
Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 Bütün Xəbərlər