Moldovanın müxalif bloku BMT və ATƏT-ə müraciət etdi

Moldovanın müxalif bloku BMT və ATƏT-ə müraciət etdi
03.08.2025 20:30 Dünya

Moldovanın müxalif siyasi qüvvələrinin yaratdığı "Qələbə" bloku Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) müraciət edərək Qaqauziya rəhbəri Yevgeniya Qutsula qarşı Kişinyov hakimiyyətinin həyata keçirdiyi siyasi təzyiqlərin dayandırılması üçün tədbirlər görülməsini tələb edib.

TodayPress TV xəbər verir ki, bu barədə blokun BMT və ATƏT-in rəhbər şəxslərinə ünvanladığı rəsmi məktubda bildirilir.

Sənəd BMT Baş katibi Antonio Quterreşə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türkə, ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı Kristof Kampə və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Mariya Telalyana ünvanlanıb.

"Komandamız Yevgeniya Qutsul və bütün Qaqauziya üçün beynəlxalq səviyyədə ədalət axtarır. "Qələbə" bloku seçilmiş liderə qarşı həyata keçirilən siyasi təqibə beynəlxalq reaksiya və müdaxilə tələb edən rəsmi məktubları BMT və ATƏT-ə göndərib", - deyə blokun "Telegram" kanalında dərc olunan açıqlamada qeyd olunub. Bildirilib ki, Qaqauziya əhalisi hakim "Fəaliyyət və Həmrəylik Partiyası"nı dəstəkləmədiyinə görə təzyiqlərə məruz qalır.

Töhfə Səməd

XƏBƏR LENTİ
01 IYUN 2026
Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Bütün Xəbərlər