Britaniyada təyyarə reysləri dayandırıldı

Britaniyada təyyarə reysləri dayandırıldı
30.07.2025 22:25 Dünya

Böyük Britaniyada hava nəqliyyatında ciddi texniki nasazlıq yaşanır.

TodayPress TV "Sky News”a istinadən xəbər verir ki, Londonun Hitrou, Qatvik və London Siti hava limanlarında bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Milli Hava Hərəkəti Xidməti (NATS) bildirib ki, təhlükəsizliyi təmin etmək məqsədilə Londonun hava nəzarət zonasında uçuşların sayı məhdudlaşdırılıb.

Nasazlığın NATS-ın Svanvikdə yerləşən hava nəzarət mərkəzindəki texniki problemdən qaynaqlandığı qeyd olunub.

Londonun Qatvik hava limanından verilən açıqlamada bildirilir ki, hazırda hava limanından heç bir təyyarə havaya qalxmır və problem aradan qaldırılanadək bütün uçuşlar dayandırılıb. Gələn reyslər isə davam edir. Sərnişinlərə öz hava yolları ilə əlaqə saxlayaraq reys statusunu yoxlamaları tövsiyə olunur.

Oxşar vəziyyət Şotlandiyanın Edinburq hava limanında da müşahidə olunur. Burada da bütün uçuşlar dayandırılıb və əlavə məlumat üçün gözlənilir. Hazırda nasazlığın nə vaxt aradan qaldırılacağı məlum deyil. NATS və hava limanları problemi aradan qaldırmaq üçün birgə çalışdıqlarını bildiriblər.

XƏBƏR LENTİ
01 IYUN 2026
Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Bütün Xəbərlər