BMT Suriyadakı kilsəyə edilən terror hücumunu pislədi

BMT Suriyadakı kilsəyə edilən terror hücumunu pislədi
23.06.2025 15:16 Dünya

BMT-nin Suriyada humanitar məsələlər üzrə koordinatoru Adam Abdelmula Dəməşqdə yerləşən Müqəddəs İlyas kilsəsində törədilən və azı 20 nəfərin ölümü, 50-dən çox insanın yaralanması ilə nəticələnən terror hücumunu qəti şəkildə pisləyib.

TodayPress TV xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi məlumat yayıb.

"İbadətə toplaşmış mülki şəxslərə qarşı törədilən bu faciəli insidenti qətiyyətlə pisləyirəm", - deyə Abdelmula bildirib.

O, mülki əhalinin qorunması, günahkarların məsuliyyətə cəlb edilməsi və bu cür hadisələrin təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsinə çağırıb.

BMT rəsmisi vurğulayıb ki, Suriya bərpa və barışıq yoluna qədəm qoyduğu bir vaxtda zorakılıq və ekstremizmə yer olmamalıdır. O, həmçinin bütün suriyalılar üçün daha yaxşı gələcək qurmaq naminə birliyə, dözümlülüyə və həmrəyliyə ehtiyac olduğunu bildirib.

Xatırladaq ki, iyunun 22-də terror hücumu baş verib. Suriya DİN-in məlumatına görə, intiharçı terrorçu kilsəyə daxil olaraq avtomat silahdan atəş açıb və daha sonra özünü partladıb. Hadisə yerində istintaq aparılır, polis ərazini mühasirəyə alıb. Ölənlərin sayının artacağı istisna olunmur.

Töhfə Səməd

XƏBƏR LENTİ
02 IYUN 2026
“Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Bütün Xəbərlər