Bəzi hava limanları kiberhücum səbəbindən reysləri ləğv edir

Bəzi hava limanları kiberhücum səbəbindən reysləri ləğv edir
21.09.2025 21:23 Dünya

London, Brüssel və Berlin hava limanları kiberhücum nəticəsində iş fəaliyyətində çətinliklərlə üzləşiblər.

TodayPress TV xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

"London Heathrow" hava limanında, həmçinin Brüssel və Berlində sərnişinlər bazar günü uçuşa qeydiyyat proqram təminatına ehtimal olunan kiber hücumdan sonra növbəti gecikmə günü ilə üzləşiblər", - deyə nəşr yazır.

Məlumata görə, aviaşirkətlər cümə axşamı gecəsindən etibarən əl ilə qeydiyyata keçməyə məcbur olublar, çünki ehtimal olunan kiberhücum müxtəlif aviaşirkətlərin qeydiyyat masalarına texnologiyalar təmin edən "Collins Aerospace" şirkətinə təsir edib.

Brüsselin "Zaventem" hava limanında bazar günü 20 reys ləğv edilib və 80-dən çox reys gecikdirilib. Brüssel hava limanı "çətin iş şəraiti" barədə bəyanat verib.

"Qeydiyyat və minmə xidmətləri üzrə xarici təchizatçıya qarşı kiber hücum nəticəsində Brüssel də daxil olmaqla bir neçə Avropa hava limanında qeydiyyat əməliyyatları ciddi pozuntulara məruz qalıb", - hava limanının bəyanatında deyilir.

Bundan əlavə, qəzetin məlumatına görə, Berlində 70-dən çox reys gecikdirilib.

"Xidmət təchizatçısının sistemində nasazlıq səbəbindən uzun növbələr müşahidə olunur", - hava limanının saytında bildirilir.

Bir gün əvvəl "Collins Aerospace" şirkəti kiber insidentlə üzləşdiyi barədə bəyanat verib.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Ukraynanı yenidən vurdu: Ölənlər və yaralananlar var - VİDEO 09:09 Sanksiya siqnalı verildi: ABŞ Omanı niyə hədəf aldı? 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Bütün Xəbərlər