Avropa İttifaqından bloqerlərlə bağlı gözlənilməz addım

Avropa İttifaqından bloqerlərlə bağlı gözlənilməz addım
13.05.2026 06:00 Dünya

Avropa İttifaqı "TikTok" və "YouTube" platformalarında fəaliyyət göstərən bloqerlərin sammitlərə və nazirlərin bəzi görüşlərinə dəvət olunmasını nəzərdə tutan layihə hazırlayıb.

TodayPress TV  xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.

Yeni qaydalara əsasən, bloqerlər Brüsseldə yerləşən Avropa İttifaqı Şurasının qərargahına giriş əldə edəcəklər. Hazırda həmin məkan yalnız akkreditə olunmuş jurnalistlər üçün açıqdır.

Bununla belə, bloqerlərə nazirlərə və dövlət liderlərinə sual verməyə icazə verilməyəcək.

Nəşrin yazdığına görə, Brüsseldə keçirilən işçi qrup toplantısında iştirak edən diplomatlar bu təşəbbüsü təəccüblə qarşılayıblar.

Bir sıra diplomatlar anonim şəkildə bildiriblər ki, onlar bu yeniliyin əlavə fayda verəcəyinə inanmırlar. Onların fikrincə, bloqerlər Avropa Şurasının fəaliyyəti barədə kifayət qədər məlumatlı deyillər.

Beynəlxalq Mətbuat Assosiasiyası da layihəni tənqid edib. Təşkilat qeyd edib ki, akkreditə olunmuş jurnalistlərdən fərqli olaraq, influenserlərin materiallarına görə kimdən maliyyə aldıqlarını açıqlamaq öhdəliyi yoxdur.

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Britaniya və Fransa Rusiya gəmisinə qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rodjers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 All News