Yaponiyada “Azərbaycanın milli rəqsi” adlı tədbir keçirildi

Yaponiyada “Azərbaycanın milli rəqsi” adlı tədbir keçirildi
17.08.2025 16:30 Diaspor

Yaponiyanın Vakayama prefekturasında “Vakayama Beynəlxalq Mübadilə Mərkəzi”nin ev sahibliyi ilə “Azərbaycanın milli rəqsi” adlı mədəni tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, tədbirdə yerli sakinlər və şəhərdə yaşayan əcnəbilər Azərbaycan mədəniyyəti ilə yaxından tanış olublar.

Üç hissəli tədbirin birinci hissəsində qonaq məruzəçi Minarə Şükürova iştirakçılara əyani materiallarla Azərbaycan milli geyimləri, musiqisi və rəqs sənəti haqqında məlumat təqdim edib. Azərbaycan mədəni irsinin bir sıra elementlərini əhatə edən bu təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb.

İkinci hissədə isə tədbirə Bakıdan onlayn qoşulan rəqs üzrə mütəxəssis, “Mənimlə rəqs et” layihəsinin rəhbəri Lalə Aslanur “Şuşanın dağları” və “Yallı” rəqsləri barədə seminar keçib. O bu rəqslərin tarixindən, mənasından və ifa üslublarından danışaraq iştirakçıların suallarını cavablandırıb.

Tədbirin üçüncü hissəsində Minarə Şükürova çay mədəniyyətimiz haqqında təqdimatla çıxış edib. İştirakçılar Azərbaycan çayından dadıb və milli geyimlərimizlə şəkil çəkdiriblər.

Azərbaycan mədəniyyətinin müxtəlif aspektlərini özündə birləşdirən bu tədbir iştirakçılar arasında böyük maraq doğurub və mədəniyyətlərarası əlaqələrin inkişafına töhfə verib.

XƏBƏR LENTİ
31 MAY 2026
İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Bütün Xəbərlər