WUF13-ün Könüllülük Proqramının müsahibə mərhələsi başladı

WUF13-ün Könüllülük Proqramının müsahibə mərhələsi başladı
14.01.2026 11:13 Cəmiyyət

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində həyata keçirilən Könüllülük Proqramı üzrə müsahibə mərhələsinə start verilib.

TodayPress TV xəbər verir ki, proqrama qatılmaq üçün müraciət edən 16 min namizəd arasından ilkin seçim mərhələsini uğurla keçən təxminən 10 min nəfərin müsahibələrə dəvət olunması nəzərdə tutulur.

Ümumi müraciətlərin təxminən 1500-nü xarici ölkə vətəndaşları edib.

Müsahibə mərhələsi WUF13 çərçivəsində peşəkar, məsuliyyətli və yüksək motivasiyaya malik könüllü heyətin formalaşdırılması istiqamətində mühüm addım hesab olunur. Bu mərhələnin əsas məqsədi namizədlərin bilik və bacarıqlarını, ünsiyyət və komanda işi üzrə hazırlıq səviyyəsini, eləcə də motivasiyalarını qiymətləndirməkdir.

Müsahibələr mərhələli şəkildə keçiriləcək və seçim prosesi şəffaf, obyektiv və ədalətli prinsiplər əsasında aparılacaq.

Bu mərhələni uğurla başa vuran namizədlər təlim proqramına cəlb ediləcəklər. 2026-cı ilin yanvar–aprel aylarını əhatə edəcək bu proqram üç əsas istiqamət üzrə hazırlanıb. Buraya ümumi məlumatlandırma, iş bölgüsü və məkan üzrə hazırlıq daxildir. Təlimlər könüllülərin Forum müddətində öz vəzifələrini effektiv və peşəkar şəkildə icra etmələrinə imkan yaradacaq. Təlim proqramını uğurla tamamlayan 2500 könüllü Ümumdünya Şəhərsalma Forumunun müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərəcək.

WUF13 könüllüləri tədbir müddətində qonaqların qarşılanması və qeydiyyat prosesinə dəstək göstərilməsi, informasiya xidmətlərinin təşkili, sessiya və sərgi məkanlarında təşkilati işlərə yardım, mədəni proqramların koordinasiyası və digər mühüm istiqamətlər üzrə cəlb olunacaqlar.

Könüllülük Proqramı gənclərin bilik və bacarıqlarının inkişafına, beynəlxalq təcrübə qazanmasına və çoxmədəniyyətli mühitdə əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.

Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası bu il mayın 17-22-də Bakı Olimpiya Stadionunda keçiriləcək. WUF13 hər kəs üçün açıq beynəlxalq platformadır və tədbirdə iştirak ödənişsizdir. WUF13-ə qatılmaq üçün qeydiyyat prosesi ötən ilin sentyabr ayından etibarən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) rəsmi internet səhifəsi vasitəsilə həyata keçirilir.

TodayPress TV

NEWS FEED
02 JUNE 2026
Prezidentdən Mattarellaya təbrik: "İtaliya Azərbaycanın yaxın dostudur" 11:40 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 500 minlik məhkəmədə yeni QƏRAR - Əvvəl bəraət, indi isə... 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Putin milyarderləri "tasa oturtdu": Bağlı qapı arxasında hədə-qorxunun maliyyəti... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - Fövqəladədən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 All News