Qatar biletləri 150-200 manatdan çox olmamalıdır - AÇIQLAMA

Qatar biletləri 150-200 manatdan çox olmamalıdır - AÇIQLAMA
20.05.2026 14:47 Cəmiyyət

"Təyyarə biletləri çox vaxt 150-200 manat civarında dəyişdiyi üçün qatar ondan xeyli ucuz olsa, daha çox insan istifadə edər".

Bunu TodayPress TV-yə açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.


Onun sözlərinə görə, hazırda rəsmi qiymət açıqlanmasa da, ilkin müzakirələrdə və ekspert rəylərində biletlərin təxminən 80-100 manat aralığında olacağı deyilir:

"Məncə, normal yataq vaqonu və gecə reysi nəzərə alınsa, 60-80 manat arası daha uyğun görünərdi. Çünki qatar həm rahatlıq, həm də sərhədi problemsiz keçmək baxımından təyyarəyə alternativ olacaq". 

Qeyd edək ki, Bakı-Tbilisi qatarının fəaliyyəti 2020-ci ildə pandemiya səbəbindən dayandırılıb. Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda olarkən Azərbaycan tərəfi ilə Bakı-Tbilisi sərnişin qatarının açılması ilə bağlı razılıq əldə olunub. Razılığa əsasən, qatarlar 26 may 2026-cı ildən etibarən işə düşəcək.

Qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə qatar saat 21:00-da yola düşərək ertəsi gün saat 06:24-də Bakıya çatacaq.

Məlumata görə, Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq veriləcək. Gürcüstan ərazisində isə qatarlar Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq edəcək. 

Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib ki, biletlərin satışa çıxarılması barədə ictimaiyyətə ayrıca məlumat veriləcək.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 All News