İntevsiv yağışlara görə dəyən zərərin məbləği açıqlandı

İntevsiv yağışlara görə dəyən zərərin məbləği açıqlandı
19.05.2026 20:30 Cəmiyyət

Mayın 17-si ölkə ərazisində qeydə alınan normadan artıq və intensiv yağışlar nəticəsində yaranan sığorta hadisələri ilə bağlı 8 sığorta şirkətinə ümumilikdə 486 sığortalı müraciəti daxil olub.

TodayPress TV xəbər verir ki, baş vermiş bu müraciətlərin 96-sı “Daşınmaz əmlakın icbari sığortası” növü, 70-i “Kasko” (“Avtonəqliyyat vasitələrinin sığortası”) sığorta növü, 32-si “Əmlakın yanğından və digər risklərdən sığortası” növü, 288-i isə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub.

Məlumatlara görə, qiymətləndirilmiş 377 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 704 min 721 manat həcmində müəyyənləşdirilib. Qalan 109 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir.

Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta tənzimlənməsinin həyata keçirilməsi nəzərdə tutulur.

Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 1 milyon manatı ötəcəyi proqnozlaşdırılır.

Qeyd edilib ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 79%-i Bakı və Sumqayıt şəhərlərində, 21%-i isə respublikamızın digər bölgələrində qeydə alınıb.

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komanda mövsüm ərzində hərəsinə 100 milyon avrodan çox pul qazanıb 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 All News