Cinayət məsuliyyəti daşıyacaqsınız - Brakonyerlərə xəbərdarlıq

Cinayət məsuliyyəti daşıyacaqsınız - Brakonyerlərə xəbərdarlıq
15.05.2026 22:50 Cəmiyyət

Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, balıqların kürüləmə dövrü ilə əlaqədar olaraq sənaye məqsədilə ölkə ərazisindəki bütün su hövzələrində balıq və digər su bioresurslarının ovu mayın 1-dən sentyabrın 1-dək qadağan edilib. Bəs, qadağaya əməl etməyənlərə qarşı hansı tədbirlər görüləcək?

TodayPress TV xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin direktor müavini Elşən Məcidov açıqlamasında bildirib ki, qadağa dövründə bu fəaliyyətlə məşğul olan vətəndaşlar barəsində qanunamüvafiq olaraq İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Onun sözlərinə görə, bu məqsədlə balıqçılar arasında profilaktik tədbirlər aparılır və müvafiq söhbətlər edilir: “Mart və aprel aylarında Balıqçılıq və Akvakultura Mərkəzinin, eyni zamanda, Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi xidmətinin əməkdaşlarının iştirakı ilə daha çox balıqçılar olan ərazilərdə söhbətlər aparılıb, profilaktik tədbirlər görülüb. Mingəçevir və Şəmkir su anbarlarının yaxınlığında, Xəzərin sahilini əhatə edən Xaçmaz, Şabran və Siyəzən rayonları ərazisində, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində, Qaradağ rayonu ərazisində, Baş Şirvan və Baş Mil-Muğan kollektorlarının mənsəbinin yaxınlığındakı ərazilərdə balıqçılarla görüşlər keçirilib. Həmçinin Neftçala, Lənkəran və Astarada da mütəmadi görüşlər təşkil olunub. Görüşlərin məqsədi qadağa müddətində balıqçıları qanunsuz balıq ovuna çıxmamaları barədə məlumatlandırmaqdır. Bu tədbirlərin davamı olaraq respublika, ölkə ərazisində ümumilikdə bütün su anbarlarında, eyni zamanda, Xəzərsahili ərazilərdə qeyd olunan qurumlarla birgə mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir”.

Elşən Məcidov, həmçinin qeyd edib ki, yanvarın 1-dən mayın 14-nə qədər keçirilən reydlərdə qanunsuz balıq ovu ilə məşğul olan 48 vətəndaş məsuliyyətə cəlb edilib, 45 fakt üzrə inzibati qaydada protokol tərtib olunub. Üç fakt üzrə cinayət məsuliyyəti yarandığından bu materiallar aidiyyatı üzrə baxılması üçün hüquq-mühafizə orqanlarına göndərilib. Tədbirlər çərçivəsində aşkar olunmuş balıq ovu avadanlıqları sudan çıxarılıb.

Direktor müavini onu da bildirib ki, mayın 12-də IDEA İctimai Birliyi və Balıqçılıq və Akvakultura Mərkəzinin təşəbbüsü, Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin və “Bakı balıqçılar və su altı ovçular klubu” İçtimai Birliyinin əməkdaşlarının iştirakı ilə Kürün sahilində - çayın Xəzər dənizinə töküldüyü hissədə təmizlik aksiyası keçirilib. Aksiyada xüsusi qayıqlar və sanitar ləvazimatlardan istifadə etməklə Kür çayının delta hissəsi balıqçılıq torlarından və balıq ovlama alətlərindən, həmçinin sahilboyu ərazilər məişət tullantılarından təmizlənib.

“Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən balıq ehtiyatlarının mühafizəsi, qanunsuz balıq ovuna qarşı bu kimi tədbirlər mütəmadi olaraq keçirilir. Bir daha balıqçılara bildiririk ki, qanunsuz balıq ovundan çəkinsinlər, qadağa müddətində balıq ovu ilə məşğul olmasınlar. Əks halda bu fəaliyyətlə məşğul olan vətəndaşlar barəsində İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görüləcək”, - deyə Elşən Məcidov əlavə edib.

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Düşməni məğlub edib hakimiyyəti Cəbhəyə qapdırmalı idi, yoxsa torpaqları təslim edib, hakimiyyəti ələ almalı idi? - Sürət Hüsüynov müəmması 14:38 Türkiyə idman cameəsini sarsıdan qərar açıqlandı! 14:34 Azərbaycanda bir ildə min nəfər niyə boşandığı şəxslə təkrar evlənib? - Pula görə inanılmaz əməllər törədiblər 14:31 Azərbaycandan Ermənistana daha 42 vaqon dizel yanacağı ixrac olunacaq 14:24 Monako yarışı öncəsi favorit açıqlandı! 14:12 Qərbi Azərbaycan seçkilərdə kimi seçir? -İNFOQRAFİKA 14:05 Müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) ilə bağlı "uğur böcəyi" Zirəddin Rzayev imiş - RƏY 13:54 Zahid Oruc "seçici" kimi erməni namizədlərə 6 bəndlik tələb irəli sürdü 13:42 Naxçıvanın muxtariyyəti ləğv edilir? 13:32 Hava şəraiti tamamilə dəyişir - Neçə dərəcə isti olacaq? 13:24 Onaltımərtəbəli yaşayış binasında yanğın - Görüntülər 13:17 İrəvan sərxoş halda seçkiyə gedir - Fransız xalqı kef edir... 13:04 Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Sərhədi qanunsuz keçənlər yaxalandı! 12:11 Azərbaycanda sürücüsüz avtomobillər olacaq 12:01 Gorus - Qafan yolu Azərbaycana verilir xəbəri Ermənistanı qarışdırdı 11:58 Bakıda kameralar önündə adam oğurladılar - Onları hansı cəza gözləyir? 11:50 “Siti”dən sərt xəbərdarlıq: Haaland “Real”a getmir! 11:46 Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər! 11:35 Sərhəddə böyük əməliyyat: 319 kiloqram narkotik ələ keçdi 11:34 Meteohəssas şəxslər DİQQƏT! Maqnit qasırğası gəlir, özünüzü qoruyun 11:27 Bütün Xəbərlər