Bazar günü hava necə olacaq? — Rəsmi PROQNOZ

Bazar günü hava necə olacaq? — Rəsmi PROQNOZ
23.05.2026 14:00 Cəmiyyət

Bakıda və Abşeron yarımadasında mayın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə TodayPress TV-yə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19°, gündüz isə 23-27° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, axşam saatlarında yağışın bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-9° isti, gündüz 12-17°, bəzi yerlərdə 20-23° isti olacaq.

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komanda mövsüm ərzində hərəsinə 100 milyon avrodan çox pul qazanıb 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 All News