Bakıda istismar müddəti bitmiş magistral su xətti dəyişdirilir

Bakıda istismar müddəti bitmiş magistral su xətti dəyişdirilir
08.07.2025 11:43 Cəmiyyət

Bakı şəhərində su təchizatı şəbəkəsinin dayanıqlığını artırmaq məqsədilə mühüm infrastruktur yenidənqurma işləri aparılır.

Bu barədə TodayPress TV-yə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu, Palçıqlı dağ adlanan ərazidən keçən, diametri 1220 millimetr olan BSK 2 (Sol) magistral su kəmərinin 3400 paqon metrlik hissəsi uzun müddət istismar olunduğundan qəzalı vəziyyətə düşüb. Kəmərin qəzalı hissəsinin yenilənməsi məqsədilə uzunluğu 560 paqon metr olan polad borunun artıq 200 paqon metrlik hissəsi inşa edilib.

Hazırda Sutikinti Müəssisəsi tərəfindən həmin kəmərin H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 60 paqon metrlik, eləcə də Palçıqlı dağ ərazisindən keçən 300 paqon metrlik hissəsinin dəyişdirilməsi davam etdirilir. Müəssisənin sahə rəisi Anar Şahməmmədov bildirib ki, Binəqədi rayonu Palçıqlı dağ adlanan ərazidə istismara yararsız olan 1220 millimetrlik polad borunun yenilənməsinə başlanılıb və işlərin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulur.

Layihə çərçivəsində Bakıda su təchizatı infrastrukturunun yenilənməsi və müasir tələblərə uyğunlaşdırılması işləri aparılır. Bu səbəbdən bəzi ərazilərdə müvəqqəti su kəsintiləri və ya təchizatda məhdudiyyətlər ola bilər. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti sakinlərin vaxtında məlumatlandırılması və mümkün narahatlıqların minimuma endirilməsi üçün zəruri tədbirlər gördüyünü bildirib.

Aparılan işlər abonentlərin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

FOTOLAR

Bakıda istismar müddəti bitmiş magistral su xətti dəyişdirilir — 1
Bakıda istismar müddəti bitmiş magistral su xətti dəyişdirilir — 2
Bakıda istismar müddəti bitmiş magistral su xətti dəyişdirilir — 3
Bakıda istismar müddəti bitmiş magistral su xətti dəyişdirilir — 4
Bakıda istismar müddəti bitmiş magistral su xətti dəyişdirilir — 5
XƏBƏR LENTİ
01 IYUN 2026
Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 Bütün Xəbərlər