Xorvatiya Prezidenti Azərbaycan liderinə təbrik məktubu göndərdi

Xorvatiya Prezidenti Azərbaycan liderinə təbrik məktubu göndərdi
27.05.2025 14:01 Xarici siyasət

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

TodayPress TV xəbər verir ki, mətndə deyilir:   

"Hörmətli cənab Prezident.  Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, xalqınıza firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram. 

Xorvatiya ilə Azərbaycanı çoxillik əməkdaşlıq və dostluq əlaqələri bağlayır. İnanıram ki, biz qarşıdakı dövrdə ümumi əlaqələrimizin inkişafı istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. 

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər