XİN: Azərbaycanın vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməzdir

XİN: Azərbaycanın vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməzdir
30.12.2025 12:27 Xarici siyasət

Azərbaycanın vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməz, aydın və ardıcıl xarakter daşıyır.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Tayvan ətrafında yaranmış vəziyyətə münasibət bildirərkən deyib.

XİN rəsmisi bildirib ki, bölgədə sülh və sabitliyin qorunması beynəlxalq təhlükəsizlik üçün vacib amildir.

A.Hacızadə qeyd edib ki, Azərbaycan Tayvanın müstəqilliyini tanımır:

"Mübahisəli məsələlərin beynəlxalq hüquq çərçivəsində, xüsusilə suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında, sülh yolu ilə nizamlanmasını dəstəkləyirik".

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər