Vladanka Andreyeva: “Uşaqların hüquqları rəqəmsal dünyada da tam şəkildə tətbiq olunmalıdır”

Vladanka Andreyeva: “Uşaqların hüquqları rəqəmsal dünyada da tam şəkildə tətbiq olunmalıdır”
23.12.2025 11:56 Xarici siyasət

“Uşaqların hüquqları onlayn məkanda da fiziki dünyada olduğu kimi qorunmalıdır”.

TodayPress TV xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq konfransı”nda çıxışı zamanı deyib.

O bildirib ki, Birləşmiş Millətlər Təşkilatının yanaşması sadə, lakin prinsipial bir mövqeyə əsaslanır: uşaqların hüquqları fiziki dünyada necə qüvvədədirsə, rəqəmsal məkanda da eyni şəkildə tətbiq edilməlidir. Onun sözlərinə görə, Uşaq Hüquqları Konvensiyası qlobal uşaq müdafiəsinin əsas sütunu olaraq qalır.

Vladanka Andreyeva vurğulayıb ki, Konvensiyanın əsas prinsipləri — uşağın mənafeyinin üstün tutulması, ayrı-seçkiliyin yolverilməzliyi, zorakılıqdan qorunma, iştirak hüququ, şəxsi həyatın toxunulmazlığı və informasiyaya çıxış hüququ rəqəmsal sistemlərin dizaynı, idarə edilməsi və tənzimlənməsində əsas meyar olmalıdır.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər