Ukrayna və Azərbaycan XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçiriləcək

Ukrayna və Azərbaycan XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçiriləcək
28.06.2025 14:23 Xarici siyasət

Ukrayna və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında konsulluq məsləhətləşmələrinin keçirilməsi nəzərdə tutulur.

TodayPress TV xəbər verir ki, bunu ölkəmizdə səfərdə olan Ukraynanın Xarici İşlər Nazirliyinin Konsulluq Xidməti Departamentinin direktoru Vladislav Kanevski özünün sosial şəbəkə hesabında yazıb.

O bu məsləhətləşmələr zamanı əldə olunacaq razılaşmaların xaricdə yaşayan həmvətənlərimizin konsulluq müdafiəsinin səviyyəsinin artırılmasına töhfə verəcəyinə və ölkəsi ilə Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsi istiqamətində növbəti addım olacağına ümidvar olduğunu bildirib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər