Türkiyə Şuşada konsulluq açmağa HAZIRDIR

Türkiyə Şuşada konsulluq açmağa HAZIRDIR
31.07.2025 12:36 Xarici siyasət

Azərbaycanın qərarı ilə Şuşada və ya Qarabağda istənilən şəhərdə konsulluq açmağa hazırıq.

TodayPress TV xəbər verir ki, bunu APA-ya müsahibəsində Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Birol Akgün bildirib.

“Şuşada Türkiyə konsulluğunun açılmasıyla əlaqədar 2021-ci ildə müraciətimiz olub. Amma hələ Şuşada heç bir ölkənin konsulluğu yoxdur. Bu, Azərbaycanın suveren hüquqları çərçivəsində verəcəyi bir qərardır. Biz Azərbaycanın qərarı ilə Şuşada və ya Qarabağda istənilən şəhərdə konsulluq açmağa hazırıq”, - deyə səfir qeyd edib.

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər