Sahibə Qafarova G20 Parlament Sammitində çıxış etdi

Sahibə Qafarova G20 Parlament Sammitində çıxış etdi
02.10.2025 16:34 Xarici siyasət

Ötən ilin noyabrında Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ən uğurlu COP-lardan birinə – COP29-a ev sahibliyi etməklə, ümumi məqsədlərin həyata keçirilməsi naminə Qlobal Cənub və Qlobal Şimal arasında daha güclü körpülər qurmağı, xüsusilə inkişaf etməkdə olan ölkələrin səslərinin eşidilməsini təmin etməyi bacardı., xüsusilə inkişaf etməkdə olan ölkələrin səslərinin eşidilməsini təmin etməyi bacardı.

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən “Böyük iyirmilik” ölkələrinin (G20) Parlament Sədrlərinin 11-ci Sammitində (P20) “Fəlakətlərə qarşı dayanıqlığın və cavab tədbirlərinin gücləndirilməsi” mövzusunda çıxışı zamanı səsləndirib.

Spiker Sahibə Qafarova çıxışında BMT tərəfindən rəsmi olaraq “Bakı İqlim Həmrəyliyi Paktı” adlandırılan COP29-un mühüm nəticələri haqqında da məlumat verərək deyib ki, bu sıraya Yeni Kollektiv Kəmiyyət Hədəfinin (Bakı Maliyyə Hədəfi kimi tanınan) qəbul edilməsi, Paris Sazişinin Beynəlxalq karbon bazarlarına dair 6-cı maddəsinin tam işlək hala gətirilməsi, İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərarın qəbulu, Bakı Adaptasiya Yol Xəritəsi və Adaptasiya üzrə Bakı Yüksək Səviyyəli Dialoqunun təsis edilməsi kimi mühüm məsələlər daxildir.

Sahibə Qafarova, həmçinin diqqətə çatdırıb ki, Milli Məclis Parlamentlərarası İttifaqla birlikdə, COP29 çərçivəsində iqlim dəyişikliyinə qarşı parlament səylərinin birləşdirilməsinə yönəlmiş Parlament iclasına da evsahibliyi edib.

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 İrandan ABŞ-yə xəbərdarlıq: Gəmilərə dron hücumu - VİDEO 16:01 Ermənistan seçkisinin 100 minlik müəmması: bunlar seçicilərdir, yoxsa qatillər? 15:56 Çempion komandada böyük təmizləmə əməliyyatı başladı! 15:55 Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik etdi 15:43 “Mercedes” pilotundan maraqlı etiraf: start almaq çox çətindir! 15:38 Dubay nağılı kabusa çevrildi: Azərbaycanlı qadın ərəb şeyxinə əsir düşdü 15:36 “Real” basketbolunda yeni dönəm olmayacaq? Klub qərarını verdi 15:28 Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı 15:25 İranla Azərbaycanı toqquşdurmaq istəyirlər - QLOBAL GÜCLƏR İFŞA OLUNDU 15:22 Su təsərrüfatı və meliorasiya işçiləri təltif edildi - SƏRƏNCAM 15:23 Rusiya rəsmisi azərbaycanlı dənizçilərin ölümünə reaksiya verdi 15:11 Rəsmi addım yaxınlaşır: İtaliano “Beşiktaş”ın sükanı arxasında! 15:07 CNN Azərbaycandan nə istəyir? — Mətbuat Şurasından REAKSİYA 14:57 Səyyar "ASAN xidmət" Tbilisidə vətəndaşlara xidmət göstərir 14:55 Argentina əfsanəsi Skaloninin uğur formulunu açıqladı! 14:41 CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edirik - RƏSMİ 14:29 CNN Azərbaycana şər atdı - Mediadan açıqlama gəldi 14:25 Zelenski və Putin görüşü baş tutacaq? 14:24 “Sabah” Avstriyada güc toplayacaq, üç oyuna çıxacaq! 14:22 Ermənistan qızıl zavodlarını Azərbaycana verir - İDDİA 14:20 Bütün Xəbərlər