Sahibə Qafarova: ABŞ-nin Vitse-prezidentinin səfəri tarixi əhəmiyyətə malikdir

Sahibə Qafarova: ABŞ-nin Vitse-prezidentinin səfəri tarixi əhəmiyyətə malikdir
13.02.2026 11:54 Xarici siyasət

ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri tarixi əhəmiyyətə malikdir.

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.

"Bu səfər iki ölkə arasında yeni mərhələnin açılması deməkdir. Bu səfərlər bir çox sahələr üzrə ABŞ-Azərbaycan əməkdaşlığının dərinləşməsini möhkəm təməl üzərində qurur. İki ölkə arasında imzalanmış Xartiya bir çox sahələrdə iş birliyini əks etdirir", - o əlavə edib.

Parlament sədri bildirib ki, bu gün regionda baş verən dəyişikliklər şəraitində Azərbaycan tərəfdaşlıq prinsipinə əsaslanır: "Biz Ermənistanla sülh istiqamətində ABŞ Prezidenti Donald Trampın rolunu yüksək qiymətləndiririk".

O əlavə edib ki, iki ölkənin əməkdaşlığı geniş bir bölgənin maraqlarına xidmət edir.

Qeyd edək ki, fevralın 10-da Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens Azərbaycanda səfərdə olub.

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 3 iyun hücumundan GÖRÜNTÜLƏR: “Boykiy” belə vurulub 21:05 Avropa Komissiyası Polşanı məhkəməyə verdi 20:35 "O, Rusiya-Ukrayna danışıqlarında Aİ-ni təmsil etməlidir" - Andrey Babiş kimdən bəhs edir? 20:31 Bu ərazilərdə işıq olmayacaq 20:32 Madyar Aİ-nin 7-ci maddə proseduru dayandırılmasını tələb edir 20:18 Tokayev bu il Azərbaycana səfər edəcək 20:03 "Bu qarışıqlığı yaradanlar münasibətlərin düzəlməsini istəmirlər" - Lavrov 20:10 Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - DETALLARI AÇIQLADI 20:01 Finlandiya Rusiya ilə sərhədi AÇMIR- bağlanma müddəti uzadıldı 18:28 Rusiya danışıqlara hazırdır, lakin.. - Lavrov 19:32 Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik etdi 19:25 İsrail Livandan çıxana qədər regionda sülh olmayacaq! - SEPAH 18:38 Abbas Əraqçi ilə Ceyhun Bayramov Yaxın Şərqdəki gərginliyi müzakirə etdilər 19:04 Rusiya XİN: Azərbaycanla münasibətlər müsbət ritminə qayıdıb 18:54 Ceyhun Bayramov Braziliyanın yeni səfirini qəbul etdi 18:41 altı ölkənin üzvlüyünün sürətləndirilməsini nəzərdən keçirir 18:12 Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə etdilər 18:14 İtaliya nüvə enerjisinə qayıdır: Parlament mühüm qanun layihəsini təsdiqlədi 18:05 Küveyt vəliəhdi Azərbaycan liderini təbrik etdi 17:50 Qətər Əmiri Prezidenti təbrik etdi 17:45 Öncə Tatarıstan, sonra isə bütün Rusiya... — Milyonluq tibb layihəsinin pərdəarxası... 17:43 Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik etdi 17:42 33 ildən sonra ilk dəfə: ermənilər Türkiyəyə girdi - VİDEO 17:38 Fransa millisinin yeganə problemi nədir? Deşam cavab verdi 17:35 Bütün Xəbərlər