Sadır Japarov İlham Əliyevi Zəfərin 5-ci ildönümü münasibətilə təbrik etdi

Sadır Japarov İlham Əliyevi Zəfərin 5-ci ildönümü münasibətilə təbrik etdi
07.11.2025 19:54 Xarici siyasət

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan lideri İlham Əliyevi Zəfərin 5-ci ildönümü münasibətilə təbrik edib.

TodayPress TV xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi və qardaş Azərbaycan xalqını Zəfər Günü münasibətilə şəxsən öz adımdan və bütün Qırğız xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası böyük uğurlar qazanıb, beynəlxalq aləmdə layiqli yer tutub və sabit inkişaf edir.

Əminəm ki, Qırğızıstan və Azərbaycan arasında siyasi, iqtisadi-ticari və mədəni-humanitar əməkdaşlıq bundan sonra da xalqlarımızın rifahı naminə möhkəmlənəcək və dərinləşəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər