Radik Batırşin Azərbaycan liderini təbrik etdi

Radik Batırşin Azərbaycan liderini təbrik etdi
29.05.2025 13:37 Xarici siyasət

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

TodayPress TV xəbər verir ki, təbrik məktubunda deyilir:

 "Zati-aliləri. 

Azərbaycan Respublikasının dövlət bayramı – Müstəqillik Günü münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan Sizə təbriklərimi çatdırıram. 

İcazə verin, Sizə möhkəm cansağlığı, əmin-amanlıq, tükənməz enerji və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayım. 

Sizi əmin edirik ki, “Mir” Teleradio Şirkəti bundan sonra da Azərbaycan Respublikanın həyatını və baş verən hadisələri maksimum dərəcədə obyektiv və geniş işıqlandıracaqdır. 

Dərin hörmətlə, Radik Batırşin"  


XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər