“PUA sahəsində təcrübə mübadiləsi” çərçivəsində görüş keçirildi

“PUA sahəsində təcrübə mübadiləsi” çərçivəsində görüş keçirildi
08.10.2025 11:06 Xarici siyasət

Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Gürcüstan Müdafiə Nazirliyinin nümayəndə heyəti “PUA sahəsində təcrübə mübadiləsi” çərçivəsində ölkəmizə səfər edib.

TodayPress TV xəbər verir ki, görüşdə gürcüstanlı qonaqlara Azərbaycan Ordusunda PUA-ların fəaliyyəti, döyüş əməliyyatlarında tətbiqi, döyüş uçuşunun təşkili və PUA-ların inkişaf tendensiyası mövzularında brifinq təqdim olunub.

Sonda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb, təcrübə mübadiləsi məqsədilə bu cür tədbirlərin əhəmiyyəti xüsusi olaraq qeyd edilib.


TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər