Prezident İlham Əliyev ABŞ liderinə təşəkkür etdi

Prezident İlham Əliyev ABŞ liderinə təşəkkür etdi
25.08.2025 18:15 Xarici siyasət

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ lideri Donald Trampa minnətdarlığını ifadə edib.

TodayPress TV xəbər verir ki, bu barədə dövlət başçısı "X" sosial səhifəsindəki hesabında paylaşım edib.

"Prezident Donald Trampa şəxsi imzası ilə mənə hədiyyə etdiyi tarixi fotoşəkillərə və üzərində yazdığı xoş sözlərə görə təşəkkür edirəm. Prezident Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirir və buna görə ona bir daha dərin minnətdarlığımı bildirirəm", - paylaşımda deyilir.

Qeyd edək ki, Trampın Prezident İlham Əliyevə göndərdiyi fotonun üzərində belə yazılıb: "Ilham, You are Great Leader" ("İlham, Siz böyük lidersiniz").



XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər