Pakistan səfiri Azərbaycanın minifutbol komandasını təbrik etdi
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin minifutbol üzrə yığmamızla bağlı paylaşım edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.
"Azərbaycan Dünya Minifutbol Çempionatında tarixi zəfərə imza atdı. Bu möhtəşəm uğur Bakıda, vətənində, coşqulu azarkeşlərin qarşısında ilk dəfə əldə edildiyi üçün daha da dəyərli və yaddaqalan oldu. Azərbaycan millisi bu nailiyyətlə bir daha sübut etdi ki, minifutbolda güclü və rəqabətədavamlı komandadır. Təbriklər, Azərbaycan!".
Töhfə Səməd