İtaliya Prezidenti Azərbaycana ikigünlük səfərə gəlir

İtaliya Prezidenti Azərbaycana ikigünlük səfərə gəlir
30.09.2025 15:04 Xarici siyasət

İtaliya Prezidenti Sercio Mattarella sentyabrın 30-dan oktyabrın 1-dək Azərbaycanda rəsmi səfərə gəlir.

TodayPress TV bu barədə İtaliya Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

İtaliya Prezidenti, Bakıya gəldikdən sonra ölkə rəsmiləri ilə danışıqlar aparacaq.

Bundan əlavə, oktyabrın 1-də Prezident S.Mattarella ADA Universiteti və bir neçə İtaliya universiteti ilə birgə yaradılmış İtaliya-Azərbaycan Universitetinin Bakıdakı kampusunu ziyarət edəcək.

O, həmçinin Şəhidlər xiyabanını ziyarət edəcək və Azərbaycandakı italyan icması ilə görüşəcək.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər