Hikmət Hacıyev Türkiyə səfiri ilə görüşdü

Hikmət Hacıyev Türkiyə səfiri ilə görüşdü
19.08.2025 18:35 Xarici siyasət

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı cari məsələlər, o cümlədən Türkiyə və Azərbaycan üçün ümumi maraq kəsb edən regional inkişaflar ətraflı müzakirə edilib.

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər