Heydər Əliyev Mərkəzi Türkiyə bayrağı ilə proyeksiya olundu

Heydər Əliyev Mərkəzi Türkiyə bayrağı ilə proyeksiya olundu
29.10.2025 21:15 Xarici siyasət

Bakıda Heydər Əliyev Mərkəzi Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə bu ölkənin bayrağı ilə proyeksiya olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında paylaşım edib.

"Qardaş Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edirik. Bu dəqiqələrdə Heydər Əliyev Mərkəzi üzərində Türkiyə bayrağının işıqlandırılması qardaşlığımızın növbəti bir nümunəsidir", - paylaşımda qeyd olunub.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər