Fransa səfiri: Aztəminatlı ailələrin mənzil şəraiti yaxşılaşdırılmalıdır
“Sosial və ekoloji problemləri uzlaşdırmaq üçün aztəminatlı ailələrin mövcud mənzillərini təmir edə və daha dayanıqlı formaya sala bilmələri üçün onlara texniki və maliyyə dəstəyi göstərilməlidir”.
TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan "Ətraf mühit baxımından davamlı və dözümlü şəhər inkişafı üçün mənzil təminatı" adlı paneldə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutt deyib.
Fransa rəsmisi çıxışında torpaq mülkiyyəti ilə tikinti mülkiyyətinin bir-birindən ayrılması modelinin əhəmiyyətinə diqqət çəkib:
“Bu ayrılma mülkiyyət sahibi olmağı daha da asanlaşdırır; proses binanın üzərində ucaldılacağı torpaq sahəsinin dövlət qurumundan çox uzunmüddətli icazə ilə kirayələnməsindən ibarətdir. Bu, torpaq xərclərini azaltmağa və beləliklə də, mənzillərin maya dəyərini aşağı salmağa imkan verir, eyni zamanda daha yüksək tikinti keyfiyyətinə investisiya qoyuluşunu təmin edir”.
Tikinti sahəsindəki ekoloji tənzimləmələrin Paris Sazişindəki hədəflərə uyğunlaşdırılmasının vacibliyini vurğulayan Sofi Laqutt bəyanatını bu sözlərlə tamamlayıb:
“Bütün bu mexanizmlər bizə tamamilə təkrar tətbiq edilə bilən, adaptasiya oluna bilən görünür və sosial, ekoloji, eləcə də iqtisadi tələbləri birləşdirmək ehtiyacına cavab verir. Dayanıqlı mənzil təminatının bütün məqsədlərini uzlaşdırmaq üçün bu yolları bizimlə müzakirə etmək istəyən nümayəndə heyətlərinin ixtiyarındayıq”.
Qiymət Mahir