Çin vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür etdi

Çin vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
23.06.2025 17:03 Xarici siyasət

Çin vətəndaşlarının İrandan təxliyəsi zamanı göstərilən yardım üçün Azərbaycana minnətdarlığını ifadə edib.

TodayPress TV xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Tszyatsyun (Guo Jiakun) bildirib.

Çin Xalq Respublikasının vətəndaşlarının gərginlik yaşanan ərazilərdən təxliyəsi zamanı İran, Azərbaycan, Türkmənistan, Ermənistan, Türkiyə, İraq, BƏƏ, Oman, Küveyt, Misir və İordaniya Pekinə əhəmiyyətli dəstək göstəriblər. Bu ölkələrin hər birinə səmimi təşəkkürümüzü bildiririk", – o qeyd edib.

Qeyd edək ki, iyunun 21-dək 740-dan çox Çin vətəndaşı İran ərazisindən “Astara” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana təxliyə olunub.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər