Ceyhun Bayramov Hakan Fidanla ikitərəfli və regional məsələləri müzakirə etdi

Ceyhun Bayramov Hakan Fidanla ikitərəfli və regional məsələləri müzakirə etdi
08.02.2026 16:33 Xarici siyasət

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən TodayPress TV-yə bildirilib ki, danışıq zamanı, Azərbaycanla Türkiyə arasında ikitərəfli müttəfiqlik münasibətləri çərçivəsində əməkdaşlıq məsələləri, beynəlxalq təşkilatlar və çoxtərəfli platformalarda birgə səylər, eləcə də regional təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Bununla yanaşı, Yaxın Şərqdə vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər