Ceyhun Bayramov: “ABŞ ilə strateji tərəfdaşlıq yeni mərhələyə yüksəldilir”
Xarici siyasət
26.12.2025 15:23
“7–8 avqust tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-yə səfər edib. Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində müzakirələr aparılıb”.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.
Nazir bildirib ki, strateji tərəfdaşlıq sənədinin hazırlanması məqsədilə xüsusi işçi qrupunun yaradılması ilə bağlı razılıq əldə olunub. Bu məqsədlə müxtəlif istiqamətlər üzrə intensiv işçi təmaslar və görüşlər keçirilib, qarşılıqlı səfərlər təşkil olunub. İşçi qrupunun ilk iclası 19 dekabr tarixində baş tutub.
Qiymət Mahir
tag: Ceyhun Bayramov,XİN,Yekun,İclas,Todaypress.tv,
