BMT-də Azərbaycanın 4000 itkin düşmüş şəxsi ilə bağlı çağırış edildi

BMT-də Azərbaycanın 4000 itkin düşmüş şəxsi ilə bağlı çağırış edildi
27.09.2025 16:23 Xarici siyasət

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT-nin Baş Assambleyasının 80-ci sessiyasında itkin düşən 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı çağırış edib.

TodayPress TV Azərbaycan XİN-in rəsmi "X" hesabına istinadən xəbər verir ki, E.Məmmədov sessiya çərçivəsində "Silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər: Cavabların axtarışının genişləndirilməsi" mövzusunda Yüksək Səviyyəli Görüşdə iştirak edib.

Nazir müavini çıxışında Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə diqqət çəkib, həqiqətin və ədalətin təmin olunması üçün beynəlxalq səylərin gücləndirilməsinə çağırıb.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər