Azərbaycan XİN Portuqaliyaya başsağlığı verdi

Azərbaycan XİN Portuqaliyaya başsağlığı verdi
04.09.2025 15:53 Xarici siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi Portuqaliyaya başsağlığı verib.

TodayPress TV xəbər verir ki, bu barədə qurumun "X" hesabında paylaşım edilib.

"Lissabonda Qloriya xəttində baş vermiş faciəli funikulyor qəzası bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik",-məlumatda qeyd olunub.

Xatırladaq ki, Portuqaliyanın paytaxtı Lissabonda şəhərin əsas simvollarından biri olan "Qloriya" funikulyorunun sentyabrın 3-də relsdən çıxması nəticəsində 17 nəfər ölüb.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər