Azərbaycan Ukrayna minatəmizləyənlərinə təlimlər keçəcək

Azərbaycan Ukrayna minatəmizləyənlərinə təlimlər keçəcək
23.10.2025 11:59 Xarici siyasət

Azərbaycan Ukrayna minatəmizləyənlərinə təlimlər keçəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, oktyabrın 22-23-də Yaponiyanın Tokio şəhərində keçirilən Ukraynada Mina Fəaliyyəti üzrə Konfrans (UMAC 2025) çərçivəsində ANAMA ilə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti (SESU) arasında Anlaşma Memorandumu imzalanıb.

"Humanitar minatəmizləmə üzrə Azərbaycan Respublikasında təlimlərin keçirilməsinə dair" Anlaşma Memorandumunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov və Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin rəhbərinin müavini Roman Prymuş imzalayıblar.

Sənəd ANAMA tərəfindən SESU-nun humanitar minatəmizləmə üzrə mütəxəssislərinə Azərbaycanda müvafiq təlimlərin keçirilməsini özündə ehtiva edir.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər