Astana Azərbaycan Prezidentinin səfərinə hazırlaşır

Astana Azərbaycan Prezidentinin səfərinə hazırlaşır
19.10.2025 23:29 Xarici siyasət

Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Prezidenti İlham Əliyevin səfərinə hazırlıq görülür.

TodayPress TV xəbər verir ki, "Akorda"nın mətbuat xidməti tərəfindən dərc edilən videoda görünür ki, axşam saatlarında Azərbaycanın üçrəngli bayrağı ilə işıqlandırılmış LED ekranlar Astananın mərkəzi prospektlərini bəzəyib.

Daha əvvəl qeyd olunmuşdu ki, Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan lideri Kasım-Jomart Tokayevin dəvəti ilə 20-21 oktyabr tarixlərində bu ölkəyə dövlət səfəri edəcək.

TodayPress TV 

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər