ABŞ-nin Bakıdakı səfirliyi Vətən müharibəsi qəhrəmanlarının xatirəsini yad etdi

ABŞ-nin Bakıdakı səfirliyi Vətən müharibəsi qəhrəmanlarının xatirəsini yad etdi
27.09.2025 17:53 Xarici siyasət

ABŞ-nin Bakıdakı səfirliyi Azərbaycanda 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.

TodayPress TV xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Azərbaycanın Anım Günündə on illərlə davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıların xatirəsini yad edirik. Avqustun 8-də Vaşinqtonda Cənubi Qafqazda yeni bir mərhələnin başlanğıcının şahidi olduq və ABŞ bölgədə daimi sülhün möhkəmlənməsi üçün səylərini davam etdirəcək.

Birləşmiş Ştatların Bakıdakı səfirliyi yaxınlarını itirmiş azərbaycanlılara və onların ailələrinə ən dərin hüznlə başsağlığı verir", - paylaşımda bildirilib.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər