"Fənərbağça"nın Çempionlar Liqasındakı rəqibi bəlli oldu

"Fənərbağça"nın Çempionlar Liqasındakı rəqibi bəlli oldu
21.07.2025 15:23 UEFA

Türkiyənin "Fənərbağça" klubu UEFA Çempionlar Liqasının növbəti mərhələsində Niderland təmsilçisi "Feyenoord"la qarşılaşacaq.

TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında keçirilmiş püşkatma mərasimində məlumat verilib.

Maraqlıdır ki, "Feyenoord" klubunun baş məşqçisi "Fənərbağça"nın sabiq ulduz futbolçusu Robin van Persiedir.

İki mərhələdən ibarət qarşılaşmanın ilk oyunu 5 və ya 6 avqust tarixində Rotterdamda baş tutacaq, cavab oyunu isə 12 avqustda İstanbulda keçiriləcək.

Qeyd edək ki, Rotterdam təmsilçisi olan "Feyenoord" Niderland futbolunun ən titullu klublarından biridir. Komanda 16 dəfə ölkə çempionu olub, 14 dəfə Niderland Kubokunu və 5 dəfə Niderland Superkubokunu qazanıb.

Xatırladaq ki, Robin van Persie baş məşqçi kimi komandaya ötən mövsümün ikinci yarısında rəhbərlik etməyə başlayıb və bu müddətdə 11 liqa oyununda 8 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə yadda qalıb.

Töhfə Səməd

XƏBƏR LENTİ
02 IYUN 2026
Vilayət Eyvazov DİN-ə yeni təyin olunan hakimlərlə görüşdü 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Space TV-də maaş qalmaqalı: Günah Vadoya qaldı 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 500 minlik məhkəmədə yeni QƏRAR - Əvvəl bəraət, indi isə... 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Putin milyarderləri "tasa oturtdu": Bağlı qapı arxasında hədə-qorxunun maliyyəti... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - Fövqəladədən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 Bütün Xəbərlər