Yeni dünyanı üç yerə bölən ölkə məlum oldu - Yeni dünya nizamı?

Yeni dünyanı üç yerə bölən ölkə məlum oldu - Yeni dünya  nizamı?
08.05.2026 20:44 Təhlil

Köhnə dünya qaydaları yavaş-yavaş dəyişir. Böyük tabloya baxdıqda görünür ki, artıq  geosiyasi proseslər daha aydın bir mənzərə ortaya qoyur: İran, Çin və Rusiya Qərbi Asiyada yeni güc balansı formalaşdırır. ABŞ-nin  hərbi bazaları, sanksiyalar siyasəti və “qaydalara əsaslanan sistem” adı altında həyata keçirdiyi birtərəfli yanaşma getdikcə əvvəlki təsirini itirir. Bu,  regionun gələcəyini müəyyənləşdirə biləcək real güc mərkəzinin formalaşmasıdır.

Niyə məhz bu üçlük?

İran prosesdə əsas oyunçulardan biri kimi çıxış edir. Hörmüz boğazı onun strateji nəzarətindədir və dünya neft tədarükünün mühüm hissəsi bu marşrutdan keçir. Tehran maliyyə müstəqilliyini qorumaq, iqtisadi və infrastruktur imkanlarını gücləndirmək, eyni zamanda regional təhlükəsizlik məsələlərində daha təsirli mövqe əldə etmək üçün bu üstünlükdən istifadə edir. Nəzərə almaq lazımdır ki, ABŞ-nin uzunmüddətli təzyiqlərinə baxmayaraq, İran geri çəkilməyib, əksinə, yeni regional düzənin mühüm hissəsinə çevrilir. 

Çin isə bu prosesə iqtisadi gücü və diplomatik imkanları ilə qoşulur. Pekin Qərbi Asiyada hərbi qarşıdurmadan çox iqtisadi əməkdaşlıq, infrastruktur layihələri və enerji təhlükəsizliyi modeli təklif edir. İran və Çin arasında əldə olunan razılaşmalar təkcə siyasi bəyanatlardan ibarət deyil, həm də ticarət, investisiya və strateji tərəfdaşlıq anlamına gəlir. Çin üçün bu əməkdaşlıq enerji marşrutlarını şaxələndirmək və dollar asılılığını azaltmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

Rusiyaya gəldikdə bu üçlükdə hərbi-siyasi çəkisi və uzunmüddətli strateji baxışı ilə seçilir. Moskva Qərbi Asiyanı daha geniş Avrasiya geosiyasi məkanının bir hissəsi kimi görür. Burada söhbət yalnız təhlükəsizlik əməkdaşlığından getmir; enerji, müdafiə sənayesi, texnologiya və sanksiyalara qarşı birgə fəaliyyət kimi sahələrdə də əlaqələr güclənir. 

Bu üç dövlət birlikdə yeni strateji üçbucaq formalaşdırır. Bəzi analitiklər bunu yeni geosiyasi mərhələnin başlanğıcı kimi qiymətləndirirlər. Sanksiyalar, təhdidlər və birtərəfli siyasi qərarlar əvvəlki qədər təsirli deyil.  Çoxqütblü dünya modeli artıq nəzəriyyədən çıxaraq praktik müstəviyə keçir.

Dünya müharibəsi gözlənilir? 

Hamını düşündürən əsas suallardan biri üçüncü dünya müharibəsinin baş verməsi məsələsidir. Müxtəlif fikirlər dolaşır.  Hazırda beynəlxalq gərginliyin yüksək olduğu aydındır. Hörmüz boğazında baş verə biləcək hər hansı ciddi qarşıdurma qlobal enerji bazarına güclü təsir göstərə, neft və qaz qiymətlərində ciddi artıma səbəb ola bilər. Bunun nəticəsində inflyasiya və iqtisadi təzyiqlər bütün dünyaya yayıla bilər.

Lakin mövcud mənzərə göstərir ki, İran, Çin və Rusiya birbaşa genişmiqyaslı müharibənin yox, daha çox alternativ siyasi və iqtisadi sistem qurmağın tərəfdarıdır.  ABŞ və İsrail üçün bu, regiondakı mövcud təsir imkanlarının zəifləməsi deməkdir. Digər tərəfdən, Çin və Rusiya açıq hərbi qarşıdurmadan daha çox iqtisadi, diplomatik və strateji vasitələrlə təsir imkanlarını genişləndirməyə üstünlük verir. İran isə regional müttəfiqləri vasitəsilə qeyri-ənənəvi cavab mexanizmlərini qoruyub saxlamaqdadır.

Buna görə yaxın perspektivdə klassik dünya müharibəsi ssenarisindən daha çox, uzunmüddətli geosiyasi rəqabətin şahidi ola bilərik. Rəqabət iqtisadi bloklaşma, valyuta qarşıdurmaları, enerji marşrutlarına nəzarət və dolayı regional münaqişələr şəklində özünü göstərəcək.

Proses nəyi dəyişəcək? 

Enerji resurslarına nəzarət daha balanslı şəkildə müxtəlif güc mərkəzləri arasında bölüşdürülə, ticarət marşrutları, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi, yeni iqtisadi mərkəzlərin formalaşmasına səbəb ola, siyasi və iqtisadi nüfuz tədricən Qərbdən Şərqə doğru dəyişə, Kiçik və orta dövlətlər üçün yeni tərəfdaşlıq imkanları yarana bilər. 

Gedişat risksiz olmayacaq: regional qarşıdurmalar, iqtisadi dalğalanmalar və siyasi təzyiqlər davam edə bilər. Tarixə nəzər salsaq  görərik ki, böyük güclərin təsiri zəiflədikcə yeni güc mərkəzləri meydana çıxır və beynəlxalq sistem yenidən formalaşır, yeni nizam qurulur.

Dəyişikliklər Azərbaycan kimi enerji ixrac edən və strateji mövqeyə malik ölkələr üçün həm yeni imkanlar, həm də yeni risklər yaradır. Buna görə Azərbaycan prosesləri diqqətlə izləyir və çevik strateji yanaşma nümayiş etdirir.   

Jalə Rövşən

XƏBƏR LENTİ
31 MAY 2026
CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Bütün Xəbərlər