Yaxın Şərqdə tarix yenidən yazılır: Kim məğlub olacaq?

Təhlil

14.06.2025 12:35

“ABŞ-İran danışıqlarının nəticəsiz bitməsi İsraili hərəkətə keçməyə məcbur edib". 

Politoloq Azər Qasımov bunu TodayPress TV-yə açıqlamasında deyib. 

Ekspert qeyd edib ki, edilən xəbərdarlıqlara baxmayaraq, İran tərəfi bundan doğru nəticə çıxara bilməyib:

"Görünən odur ki, İsrail hərbi hava qüvvələri və Kəngər körfəzindən sualtı qayıqlardan atılan raketlərlə İranın bir çox hərbi və mülki obyektlərini məhv edib. Təyyarələrin İraq hava məkanını istifadə etdiyi bəlli olub. İranın hərbi rəhbərliyinin məhv edilməsi səbəbindən İranda xaos yaşanır".

Analitik bildirib ki, cavab hücumunun olması ehtimalı böyükdür:

"Artıq İranın dronlarla İsrailə hücum edildiyi bildirilir. İsrail hava məkanı bağlanıb, əhaliyə sığınacaqlardan çox uzağa getməmək tapşırılıb. Hesab edirəm ki, bu, Yaxın Şərqin tarixinin yenidən yazılacağı dövrün başlanğıcıdır. İsrailin istəyinə çatması və İranın nüvə silahı əldə etməsi məsələsinin birdəfəlik bağlanmasının mümkünlüyü yaxın günlərdə aydın olacaq".  

A. Qasımov ABŞ-nin mövqeyinə də toxunub. Diqqətə çatdırıb ki, Amerika hələ ki, kənarda dayanır, amma məsələ daha da ciddi hal alarsa, onun da münaqişəyə birbaşa qarışacağı şübhə doğurmur. İran rejimi böyük ehtimalla məğlub ediləcək. 

Qiymət Mahir

tag: Azər Qasımov,Politoloq,İsrail,İran,Todaypress.tv,

photo